Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 5 şirkətə 31,7 milyon dollarlıq sifarişlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsi çərçivəsində "4 lot üzrə 23 aktiv paketinin təchizatı və quraşdırılması üzrə satınalma tenderinin nəticələrini açıqlayıb.
Marja.az Nazirliyin bildirişinə istinadən xəbər verir ki, 5 şirkət ilə cəmi məbləği ƏDV daxil 31 milyon 741 min 937 dollar (53 milyon 961 min 292 manat) olan müqavilələr imzalanıb.
Qeyd edilib ki, Tender komissiyası yekun qiymət təkliflərini qiymətləndirmiş və hər aktiv paketi üzrə ən aşağı qiymət təklifi təqdim etmiş təchizatçilarla müqavilələrin imzalanmasını tövsiyə etmişdir. Uğursuz iddiaçilara tenderin nəticələri haqqında bildirişlər 15-17 noyabr 2023-cü il tarixdə göndərilmişdir. Gözləmə müddəti 15-22 noyabr 2023-cü il tarixləri arasında tətbiq edilmişdir. Bu vaxt ərzində Layihə İcra Qrupuna heç bir şikayət/aydınlaşdırma sorğusu daxil olmamışdır. Gözləmə müddəti bitdikdən sonra qalib gələn iddiaçılara müqavilə imzalanması barədə bildirişlər göndərilmişdir. Keçirilmiş müsabiqə nəticəsində 23-24 noyabr 2023-cü ildə aşağıdakı müqavilələr imzalanmışdır:
1. “Albenafsaj General Trading və Excellent Trade" QSC BM (LOT 1 hissəli) - Cəmi dəyəri ƏDV daxil olmaqla - 4,467,584.43 ABŞ dolları (dörd milyon dörd yüz altmış yeddi min beş yüz səksən dörd ABŞ dolları və qırx üç sent);
2. “Endless Goods" QSC və Yasef MMC” BM (LOT 1 hissəli) - Cəmi dəyəri ƏDV daxil olmaqla - 2,894,375.04 ABŞ dolları (iki milyon səkkiz yüz doxsan dörd min üç yüz yetmiş beş ABŞ dolları və dörd sent);
3. “Megamax” MMC (LOT 2) - Cəmi dəyəri ƏDV daxil olmaqla - 2,550,882.70 ABŞ dolları (iki milyon beş yüz əlli min səkkiz yüz səksən iki ABŞ dolları və yetmiş sent);
4. “Albenafsaj General Trading və Excellent Trade" QSC (LOT 3) – Cəmi dəyəri ƏDV daxil olmaqla - 9,447,845.82 ABŞ dolları (doqquz milyon dörd yüz qırx yeddi min səkkiz yüz qırx beş ABŞ dolları və səksən iki sent);
5. “Az Nest” QSC (LOT 4)- Cəmi dəyəri ƏDV daxil - 12,381,249.42 ABŞ dolları (on iki milyon üç yüz səksən bir min iki yüz qırx doqquz ABŞ dolları və qırx iki sent).
Qeyd edək ki, tenderə “Albenafsaj General Trading və Excellent Trade QSC” BM (LOT 1, LOT 2, LOT 3, LOT 4), “Endless Goods QSC və Yasef MMC” BM (LOT1, LOT3, LOT4), “Az Nest” QSC (LOT1, LOT 2, LOT 3, LOT 4), “Megamax” MMC (LOT 2) və “Halal-P” MMC (LOT 2) təkliflər vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 47 d. əvvəl
-
-
57 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?




























