"Qanun xof yaratmaq üçün deyil"
"Qanun ona görə qəbul edilir ki, o sizin gündəlik fəaliyyətinizə dəstək olsun".
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda keçirilən tədbirdə deyib.
"Köhnə qanunun qüvvədə olduğu 20 il müddətində bu sahədə olan problemlərlə kifayət qədər məşğul ola bildik. Qanun xof üçün və problem üçün deyil. Qanun problemin həlli üçündür. Əgər hər hansı hüquqi aktın tətbiqində problem varsa və onu həyata keçirmək qurum üçün problem yaradırsa, bu qanuna yenidən baxılmalıdır. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirir", - deyə o əlavə edib.
V. Gülməmmədov həmçinin əlavə edib ki, Hesablama Palatası dövlət satılalmalarının auduti üzrə təlimat üzərində işləyir: "Təlimat yekunlaşmaq üzrədir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarında dəyişiklik olacaq. Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracıq. Təlimatın məqsədi Palatanın funksiyonal vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
17 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
29 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 33 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti






























