Dünya bazarında qızıl nə üçün bahalaşır?
Qızılın qiyməti bir unsiya üçün 2000 dolları ötüb. Qiymətlər - dolların zəifləməsi və ABŞ-da faiz artımı dövrünün bitməsi gözləntiləri fonunda son altı ayda ən yüksək səviyyəyə qalxıb.Bazar ertəsi CME birjasında ticarətin əvvəlində qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 2018,9 dollara yüksəlib ki, bu da son altı ayın ən yüksək dəyəridir. Sonuncu dəfə analoji səviyyə 2023-cü il mayın 16-da müşahidə edilib.
Bəs qızılın qiymətini yüksəldən amillər hansılardır.
Marja.az-ın məlumatına görə, ABŞ dollarının zəifləməsi, ABŞ Mərkəzi Bankının (FED) faiz artırmağı dayandıracağı gözləntiləri və texniki amillər qızıla tələbin artmasına səbəb olub. Dolların ucuzlaşması qızılı digər valyuta sahibləri üçün daha əlçatan edir.
Qızılın hazırkı qiyməti 2020-ci ilin avqustunda qeydə alınan bütün zamanların ən yüksək qiymətindən cəmi 53 dollar aşağıdır.
2024-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin (FED) aşağı faiz dərəcələrinə keçəcəyinə dair gözləntilər qızıl üçün müsbət amildir. İnvestorlar hesab edirlər ki, indiki faiz artımı dövrü artıq başa çatıb.
Wall Street qızıl qiymətlərinin rekord həddə - 2500 dollara yüksələcəyini proqnozlaşdırıb.
Analitiklər bildirir ki, qızıl qiymətlərinin yüksəlişini onun nəhayət mühüm 2000 dollar həddini keçməsi ilə də izah etmək olar. Onun fikrincə, bu artım sırf texniki xarakter daşıyır və digər amillərlə yanaşı, ötən həftə ABŞ-da inflyasiya məlumatları və əmək bazarı hesabatı ilə bağlıdır.
"Fundstrat" tədqiqat firmasının idarəedici direktoru və texniki analiz üzrə eksperti Mark Nyutonun proqnozuna görə, qızıl qiymətləri bir unsiya üçün 2500 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə yüksələ bilər. O hesab edir ki, qızıl bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb. Analitikin fikrincə, cari artım qızılın unsiyasına görə 2060-2080 dollar diapazonuna yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollar səviyyəsində keçilməsilə, tez bir zamanda qiymətlərin daha da artmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)







