P&G Azərbaycanda fəaliyyətinin ildönümü münasibətilə 25000 ağac əkir
“Planetimizi qorumağa evimizdən başlayaq!” – deyən Procter&Gamble şirkəti Qlobal dayanıqlılıq kampaniyasına Azərbaycanda da başlayıb.
Brend qarşıdakı 1 il ərzində Bakı və ətraf ərazilərdə 25 min ağac əkməyi hədəfləyib.
EcoHub platforması ilə birgə həyata keçirilən layihənin məqsədi urbanizasiyanın daha sıx olduğu, karbon emissiyası və istixana qazlarının ətraf mühitə daha çox tullanıldığı ərazilərdə dayanıqlı inkişafa töhfə verən addım atmaqdır.
Olduğu ölkələrdə vətəndaşlıq fəaliyyətləri ilə seçilən P&G bu addımı ilə Azərbaycanda 25 hektar torpağın erroziyasının qarşısının alınmasına səbəb olacaq.
“Birlikdə gələcəyimizə nəfəs verək!” şüarı ilə keçirilən ağacəkmə kampaniyası Procter&Gamble-in Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunub.
“Bu, bizim Azərbaycan ofisinin yubileyinə həsr olunmuş daha bir sosial məsuliyyət fəaliyyətidir. Amma Azərbaycan təbiətinə bu vətəndaş yanaşması təkcə P&G-nin addımı deyil. Bizim məhsullarımızın istehlakçıları aldıqları məhsulla ağac əkilməsinə dəstək olacaqlar,” - P&G şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze belə deyib.
Qeyd edək ki, “Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi”nə öz töhfəsini vermək istəyən Procter&Gamble bütün əməliyyatlarında karbon ayaq izini kiçiltməyi və karbona neytral plana keçməyi qarşısına məqsəd qoyub. P&G öz brendləri ilə hər günü insanlar və planet üçün daha yaxşı etməyə çalışır. Şirkət öz dayanıqlı inkişaf məqsədlərini “2030 Ambisiyası” adı altında birləşdirərək, gələcəyə daha yaşıl və yaşanılabilir dünya saxlamağı hədəfləyib. P&G 2030-cu ilədək istixana qazı emissiyalarını 50% azaltmağı və bütün istehsal müəssisələri üçün 100% bərpa olunan elektrik enerjisi almağı planlaşdırıb.
“Procter&Gamble” (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers, Tide, Ariel, Head&Shoulders, Always, Pantene, Fairy, Blend-a-med, Oral-B, Gillette, Safeguard, Braun, Old Spice, Herbal Essences kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






