İş adamı Elşən Quliyev yenidən Türkiyədə Birliyin sədri seçildi
İş adamı Elşən Quliyev yenidən Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyinin (TAİB) İdarə Heyətinin sədri vəzifəsinə seçilib.Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyinin yeni təyin olunmuş İdarə Heyətinin iclası keçirilib.
Sözügedən iclas, Birliyin 18 oktyabr 2023-cü ildə "İstanbul Conrad Hilton Otel"də baş tutmuş, növbəti İdarə Heyəti və Təftiş Şuralarının əsas və əvəzedici üzvlərinin seçildiyi Ümumi Yığıncağından sonra keçirilən ilk İdarə Heyəti iclası olub.
2022-ci ilin mart ayında İdarə Heyətinin Sədri seçilmiş və o vaxtdan bəri bu vəzifədə fəaliyyət göstərən, “InvestAZ Yatırım Menkul Değerler A.Ş.”-nin İdarə Heyəti Sədri, iş adamı Elşən Quliyev iclasda iştirak edən İdarə Heyəti üzvlərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə yeniden 2 il müddətinə sədr seçilib.
İdarə Heyətinin Sədr Müavini vəzifəsinə isə “Zirvə İnvestisiya və Xarici Ticarət Şirkətinin” təsisçisi Nurlan Yusifov və “IG Ventures İdarəetmə və Konsultasiya Xidməti Şirkəti”nin İdarə Heyətinin sədri, hüquqşünas Ural Aküzüm seçilib.
İclasda həmçinin Üzvlərlə İş, Tədbirlərin Təşkili, Biznesin İnkişafı və QHT və İctimaiyyətlə Əlaqələr Komitələrinə üzvlər seçilib.
İclasın davamında İdarə Heyətinin sədri Elşən Quliyev ötən dövrdə inkişaf etdirilən iqtisadi-siyasi əlaqələr və üzvlərlə aparılan işin inkişafından bəhs edib, həmçinin rəqəmsallaşma və texnoloji infrastruktur sahəsində aparılmış işlərlə bağlı məlumat verərək bu işlərin gələcəkdə daha aktiv davam etdiriləcəyini bildirib.
İdarə Heyəti üzvlərinin fikir və təklifləri dinlənildikdən sonra iclas başa çatıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi


























