Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İsrail Qəzzada müvəqqəti atəşkəsi qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsrail Qəzzada müvəqqəti atəşkəsi qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsrail hökuməti Qəzzada HƏMAS hərəkatı ilə əsir mübadiləsi razılaşmasını və 4 günlük müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb.

Marja xəbər veri ki, bu barədə İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi açıqlama yayıb. 

Açıqlamada, hökumətin Qəzzada bütün israilli əsirlərin geri qaytarılması məqsədinin birinci mərhələsini bu gecə təsdiqlədiyi, buna uyğun olaraq qadın və uşaqların da olduğu ən azı 50 girovun 4 gün ərzində azad edilməsinin və bu müddət ərzində hərbi əməliyyatların dayandırılmasının nəzərdə tutulduğu qeyd olunub.

Bəyanatda bildirilib ki, “hər 10 əsirin azad edilməsi döyüşlərin əlavə bir gün də dayandırılmasına imkan verəcək”.

Açıqlamada vurğulanıb ki, İsrail hökuməti və ordusu “bütün əsirlərin qaytarılmasını təmin etmək, HƏMAS-ın ləğvini başa çatdırmaq və Qəzza zolağından İsrail üçün yeni təhlükənin olmaması üçün müharibəni davam etdirəcək”.

İsrail hökumətinin açıqlamasında, nə qədər fələstinli məhbusun azad ediləcəyi və Qəzzaya humanitar yardımların daxil olub olmayacağı  barədə məlumat paylaşılmayıb.

İsrailin məlumatına görə, Qəzza zolağında HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları tərəfindən saxlanılan 239 israilli məhbus var.

22.11.2023 08:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18