Almaniyanın Bayer şirkətinə böyük cəza - MƏHSULU XƏRÇƏNG ƏMƏLƏ GƏTİRİR
Almaniyanın əczaçılıq və kimya şirkəti Bayer ABŞ-da mübahisəli herbisid qlifosata görə dörd iddiaçıya 1,56 milyard dollar ödəməyə məhkum edilib.Almaniyanın əczaçılıq və kimya şirkəti "Bayer", "Roundup" adlı qlifosat tərkibli pestisidin xərçəngə səbəb olduğu barədə iddialar ilə ABŞ-da açılan məhkəmələri uduzmağa davam edir.
Marja.az xəbər verir ki, ABŞ-ın Missuri ştatında məhkəmənin hakimlər heyəti, Almaniya şirkəti "Bayer"in "Roundup" adlı alaq otlarını öldürən məhsulunun xərçəng də daxil olmaqla zərərli olduğunu iddia edən daha dörd iddiaçıya 1,56 milyard dollar ödəməsi barədə qərar qəbul edib.
"Bayer" şirkəti "Roundup" adlı pestisidlə bağlı ABŞ-da dördüncü məhkəməni uduzub.
Həmçinin hakimlər heyəti müəyyən edib ki, "Bayer" iddiaçıları "Roundup"dan istifadənin potensial təhlükələri barədə xəbərdar etmədiyinə görə məsuliyyət daşıyır.
Qərarın, hüquqi strategiyasını dəyişdirmək üçün Bayer-ə investor təzyiqini artıracağı gözlənilir.
Digər tərəfdən, "Bayer" bu gün "Asundexian" dərmanının klinik sınaqlarını ləğv etdiyini açıqlayıb.
"Bayer"in səhmləri təxminən 20 faiz ucuzlaşıb.
"Bayer", 2018-ci ildə ABŞ-ın kənd təsərrüfatı şirkəti "Monsanto"nu 63 milyard dollara satın aldıqdan sonra, bu şirkət tərəfindən hazırlanmış, "Roundup" adlı pestisidin xərçəngin əmələ gəlməsinə səbəb olduğunu iddia edənlər tərəfindən verildiyi məhkəmələrdə milyardlarla dollar cərimə və təzminat ödəməyə məhkum edilib.
"Bayer" iddiaları təkzib etsə də, 2015-ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qlifosatı kanserogen kimi təsnif edib.
"Bayer", 2020-ci ildə ABŞ-da ona qarşı açılan iddialarda razılığa gəldiyini və 10,9 milyard dolların iddiaçılara ödəniləcəyini açıqlayıb. Razılaşmaya baxmayaraq, şirkət "Roundup" ilə bağlı təxminən 50 min iddia ilə üz-üzədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
25 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
18 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)










