"Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik" - BANK SƏDRİ
"Bu gün, rəqəmsal platformalar müştərilərlə təmaslar qurmaq və onlara yeni dəyərlər ötürmək üçün ideal kanal və məkandır. Düşünün, illər öncə müştəri loyallığını artırmaq üçün hədiyyə kuponları, endirim kartları, müxtəlif bonus proqramları var idi. Sonradan həyatımıza ödəniş kartları vasitəsilə keşbeklər gəldi. Müasir dünyada smartfonlar gündəlik həyatımızın tərkib hissəsidir. İnnovativ şirkətlər öz müştərilərinə rəqəmsal platformalar üzərindən data əsaslı, fərdiləşmiş loyallıq proqramları təqdim edir. Biz də ABB-də bunu etməyə çalışırıq".
Marja.az xəbər verir ki, bunu müsahibəsində "ABB" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Abbas İbrahimov, "Məsələn, biz gördük ki, müştərilərimiz təkcə bizim keşbekli TamKart məhsulumuzla yox, öz maaş kartları ilə də nağdsız ödənişlər edirlər. Düşündük ki, həmin müştərilərlə rəqəmsal kanalımız vasitəsilə təmas qurub, heç bir yeni fiziki kart təqdim etmədən, məhz onun seçdiyi kateqoriyalara uyğun dəyərlər ötürək" deyərək müsahibəsinə belə davam edib:
"Beləcə, hazırda bir neçə aydır müştərilər tərəfindən rəğbət görən “Faydalı keşbek” layihəmiz ortaya çıxdı. Rəqəmsal platformada, cəmi bir neçə toxunuşla ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı verdik. Bütün bunlar, hələ başlanğıcdır. Yaxın aylarda bu layihəmizi yeni mərhələyə daşıyacağıq. ABB-nin məhsul və xidmətlərindən daha çox istifadə edən, kartlarımızla daha çox dövriyyə edən müştərilərimizə daha böyük dəyərlər ötürəcəyik, onlara fərdiləşmiş təkliflərimiz olacaq".
Abbas İbrahimov qeyd edib ki, ABB özünü ölkənin ən böyük universal bankı kimi mövqeləndirir: "Yəni ABB bu gün bütün müştəri seqmentlərinə xidmət edir. Təhlillərimiz, bazar araşdırmalarımız onu göstərir ki, son dönəmdə ölkəmizdə bizneslərin şəffaflaşma meylləri, rəqəmsallaşma tendensiyası kiçik bizneslərin yeni ehtiyaclarını ortaya çıxarmaqdadır. Onlar üçün rəqəmsal kanallar üzərindən yeni xidmət modelinin yaradılmasına qərar vermişik".
Bankın sədri "Bu, kiçik sahibkarlara nə imkanlar yaradacaq?" sualına belə cavab verib:
" Nəzərdə tutduğumuz model sadə və göz oxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq “Beyond banking” həllərini də əhatə edəcək. Getdikcə şəffaflaşan kiçik bizneslərə yeni dəyərlər yaradaraq rəqəmsal platformamıza gətirmək istəyirik. Bu yenilik ölkəmizdə sahibkarlığın inkişafına kömək göstərəcək. Kiçik bizneslər üçün maliyyə resurslarını daha əlçatan edəcək".
Həmçinin oxu
“ABB yeni strateji dövrə daxil olub” - MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
12 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
13 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
13 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















