Rusiya Mərkəzi Bankı faizin artırılmasını qiymətlərin “kosmosa” qalxması təhlükəsi ilə izah edib

Rusiya Mərkəzi Bankı, mal və xidmətlərin məhdud təklifi şəraitində tələbin güclü artımını gördükdə uçot dərəcəsini artırır.
Marja xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının Pul Siyasəti Departamenti direktorunun birinci müavini Andrey Qanqan müsahibəsində "bu edilməsə, qiymətlər “kosmos"a qalxa bilər” deyib.
“Bizim vəzifəmiz uçot faiz dərəcəsindən istifadə edərək istehlakçı tələbini boğmaq deyil, tarazlığı bərpa etməkdir ki, tələbin artımı istehsalın artımına uyğun olsun. Belə olan halda inflyasiya stabil olaraq aşağı olacaq, iqtisadiyyat isə sabit inkişaf edəcək”, - deyə Mərkəzi Bankın nümayəndəsi bildirib.
İqtisadiyyatda istehsalı artırmaq üçün əlavə işçilər yoxdursa, ucuz kreditlər sayəsində yeni mallar meydana çıxmayacaq, lakin bu halda qiymətlər mütləq artacaq.
“Siz iddia edəcəksiniz ki, istehsalçı artan tələbata cavab olaraq daha məhsuldar avadanlıq alacaq, artan tələbatı ödəmək üçün daha çox məhsul istehsal edəcək və qiymətləri qaldırmağa məcbur olmayacaq. Lakin istehsalın genişləndirilməsi vaxt tələb edir. Amma istehsalçı qiymət etiketini bir gündə dəyişə bilər. Beləliklə, Rusiya Mərkəzi Bankı istehsalçının yeni istehsal səhəsini tikdiyi və dəzgahlar aldığı bir vaxtda onun mallarının qiymətlərinin "uçmamasına" diqqət yetirir”, - deyə o, izah edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 7 d. əvvəl
-
- 18 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
