Yüksək Texnologiyalar Parkının yaranmasından 7 il ötür - 13 rezidenti fəaliyyət göstərir
Hazırda Parkın nəzdində 12 investisiya layihəsi üzrə 11 rezident və 2 inkubator rezident fəaliyyət göstərir.AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) yaranmasından 7 il ötür.
Marja.az YTP-nin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı fəaliyyətə başladığı ilk gündən etibarən elmi nəticələri kommersiyalaşdırmağı, intellektual biznesin formalaşdırılması istiqamətində özəl sektor və akademik qurumlarla əməkdaşlıq etməyi qarşısına məqsəd qoymuşdur. Artıq 7 ildir ki, Yüksək Texnologiyalar Parkı elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sahibkarlar üçün əlverişli innovativ biznes mühitinin yaradılması yolu ilə strateji hədəflərə doğru uğurla irəliləyir.
Azərbaycan Respublikası Prezidentinin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalaması ilə YTP 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilmişdir. Bu Sərəncam texnoparkın ali təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməsi üçün geniş imkanlar açmışdır.
Hazırda Parkın nəzdində 12 investisiya layihəsi üzrə 11 rezident və 2 inkubator rezident fəaliyyət göstərir. Bu müəssisələrdə prioritet istiqamətlərdə tədqiqatlar aparılır, onların nəticələri sənayedə, xidmət sahələrində uğurla tətbiq olunur. Rezidentlər elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılmasında fəal rol oynayır.
Qeyd edilib ki, YTP ölkəmizdə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dəstəyini daha da artırmağı hədəfləyir.
Belə ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi ilə qazanılan Zəfər nəticəsində hazırda dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması, ölkəmizdə aparılan innovativ islahatlar, biliklər iqtisadiyyatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası istiqamətində görülən işlər heç şübhəsiz ki, qabaqcıl texnologiyalara söykənən, innovativ və elmtutumlu layihələri həyata keçirməyi nəzərdə tutan bir müəssisə kimi YTP qarşısında da yeni vəzifələr qoyur. Texnopark Qarabağda aparılan yenidənqurma və bərpa işlərində o cümlədən, “yaşıl cəmiyyət”in formalaşdırılması, innovativ ekosistemin yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi prosesində yaxından iştirak etmək niyyətindədir.
Hazırda Yüksək Texnologiyalar Parkı innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Elmlə biznesin vəhdətinin təşkilinə təkan verən texnopark yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində fəaliyyət göstərən elmi müəssisələrlə əməkdaşlıq edir. Həmçinin texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları, müvafiq qurumları ilə sıx əlaqədədir.
YTP-nin Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə 2017-ci ildə yaradılmış əməkdaşlıq əlaqələri bu gün uğurla davam etməkdədir. Hazırda iki qurum arasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsinin icra olunur. Həmçinin STEPI ilə əməkdaşlıq çərçivəsində əsas məqsədi innovasiya ekosisteminin iştirakçıları arasında texnologiyanın transferi və elmin kommersiyalaşdırılmasına əsaslanan əməkdaşlığı təşkil etmək, innovasiya ekosisteminin formalaşması və inkişafına töhfələr vermək, innovativ imkanlarla zəngin əməkdaşlıq platformasını qurmaq, eləcə də Azərbaycanın innovasiya ekosistemini qlobal bazarlarla əməkdaşlığa əlçatanlığını təmin etmək olan Texnologiyaların Transferi və Kommersiyalaşdırılma üzrə Onlayn Platforma yaradılmışdır.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 9 d. əvvəl
-
15 d. əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 18 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
2 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Ən çox oxunanlar
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma

















.jpg)



