Taleh Kazımov "bank sektorunda inhisarlaşma" iddialarına cavab verdi - "Biz ədalətliyik"
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bank sektorunun bir neçə əldə cəmləşdiyi (təmərküzləşmə - red) barədə iddialar ilə həm razılaşır, eyni zamanda, sektorda rəqabət olduğunu bildirir.
Marja.az-ın məlumatına görə, bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov, guya Mərkəzi Bankın rəqabətin qarşısını aldığı və sektordakı problemlərin xeyli hissəsinin məhz bu sistemin monopol xarakterli mahiyyətindən qaynaqlandığı barədə iddialara cavab verib.
Taleh Kazımov, "Necə təsəvvür edə bilərik ki, Mərkəzi Bank kommersiya bankları arasında rəqabətdə maraqlı deyil?! O zaman bu demək olar ki, Mərkəzi Bankın mandatından fərqli hansısa marağı var" deyərək əlavə edib:
"Biz maliyyə sektorunun, o cümlədən bank sektorunun rəqabətli olmasına fokuslanmışıq. Fəaliyyətimizdə ədalət prinsiplərinə riayət edərək maliyyə sektorunun inkişafını istəyirik. Sözsüz ki, illər ərzində formalşamış maliyyə sektoru var və orada təmərküzləşmə də mövcuddur. Təmərküzləşmə tək bank sektorunda deyil. Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin azaldılması üçün addımlar atır. Məcburi etiyatlardan danışdıq – məcburi ehtiyat normalarına diferensial (bərabər olmayan - red) yanaşmamız bizim rəqabət tərəfdarı olduğumuza bir nümunədir. Məcburi ehtiyat normalarına diferensial yanaşırıq ki, təmərküzləşmə olan banklara daha sərt prudensial siyasətimizi həyata keçirək, digər banklar da rəqabət apara bilsinlər. Bank sektoru rəqabətlidir, eyni zamanda təmərküzləşmə var. Bu da bir günün məsələsi deyil, maliyyə sektorumuz yaranan vaxtdan formalaşan məsələdir. Bizim məqsədimiz maliyyə dayanıqlılığına xələl gətirmədən təmərküzləşmənin azaldılmasıdır. Şəxsən mən inanıram ki, yalnız bunun hesabına təmin edilən rəqabət şəraitində maliyyə sektorunun iqtisadiyyatın inkişafında rolu daha da arta bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















