"Bəzilərini həll etdik, bitdi, bəzilərini həll edə bilmədik, bağladıq" - Mərkəzi Bankın sədri banklardan danışdı
"Problemli bank dedikdə biz nəyi nəzərdə tuturuq - ölkədə banklar var problemli kreditlərin (qeyri-işlək kreditlərin) payı 8%-dir. Problemdir?! Bəli. Amma idərolunandır. Bank var kapital çatışmamazlığı var. İdarə olunandırsa, çalışır, idarə olunan deyilsə, bağlayırıq. Bax, o problemdir. Siz problemə maliyyə sektoru nöqteyi-nəzərindən baxmalısınız. Siz (jurnalistlər – red) Mərkəzi Banka "hazırda problemli bank var?" sualını verəndə - Mən hər bir bankın hansısa filialında lampanın yanmaması problemini bilmirəm. Maliyyə sabitliyinə təsir edəbiləcək problemləri bilmək mənim borcumdur və bu gün də bilirəm".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Maliyyə sabitliyi nöqteyi-nəzərdən problemli bankımız yoxdur"
Kazımov, "Media mənim iyuldakı çıxışıma istinad edərək yazıb ki, ("Muğanbank"ın lisenziyası ləğv edilən gün - red), problemli bank olmadığını bildirmişəm" deyərək çıxışına belə davam edib:
"Konteksdən istifadə edirsiniz. Həmin vaxt mənim "problemli bank var, yoxsa yox" sualına cavabımda bildirmişəm ki, maliyyə sabitliyi nöqteyi-nəzərdən bizim maliyyə sistemimiz sağlamdır, keyfiyyətlidir və arzumuz odur ki, maliyyə dayanıqlığımızı inkişaf etdirək. O nöqteyi-nəzərdən bizim problemli bankımız yoxdur. "Problemli bank nə deməkdir" məsələsində biz uyğunlaşmalıyıq. 10 ildən çoxdur məni tanıyırsız, mən nəyisə demişəmsə, sonra o başqa cür olmayıb. Bu gün də onu deyirəm ki, may ayında sizə demişəm ki – bəzi banklarımızda çətinliklər var. Bəzilərini həll etdik, bitdi, bəzilərini həll edə bilmədik, bağladıq. Qalmaqal yaratmayın. Qalmaqal sizin yaxınlarınızın da maliyyə sistemində olan vəsaitlərinə təsir edir. Maliyyə sektorunun dayanıqlılğı hər birimiz üçün vacibdir".
Mərkəzi Bankın sədri əlavə edib ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinin dayanıqlılığına təsir etmir:
"Soruşsanız ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə nə üçün təsir etmir?, cavab verim. "Muğanbank"da kompensasiya olunmayan əmanət 102 milyon manatdır. 102 milyon manatın 76 milyon manatı fiziki şəxslərin, o cümlədən 76 milyonun 61 milyon manatı 1 fiziki şəxsindir. Qalan kompensasiya olunmayan əmanət hüquqi şəxslərindir, onun da 50%-i 2 şirkətindir. Qərarlarımızı verməmişdən öncə təhlillər aparmışıq – müflis olunma problem deyil".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)





.jpg)




.jpg)








