"Muğanbank"da kompensasiya olunmayan 102 milyon manat əmanətin 61 milyonu 1 fiziki şəxsindir
17:14 -Mətbuat konfransından sonra Mərəkəzi Bank rəqəmlərdə dəqiqləşdirmə apararaq bildirib:
"Lisenziyası ləğv olunmuş "Muğanbank"da kompensasiya olunmayan əmanət 102 milyon manatdır. 102 milyon manatın 76 milyon manatı fiziki şəxslərin, o cümlədən 76 milyonun 61 milyon manatı 1 fiziki şəxsindir. Qalan məbləğ hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir".
XXX
16: 27 -"Lisenziyası ləğv olunmuş "Muğanbank"da kompensasiya olunmayan əmanət təxminən 101 milyon manatdır".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"101 milyonun 73 milyonu da fiziki şəxslərindir. 73 milyonun da 70 milyon manatı 1 fiziki şəxsindir. Qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə mən deyirəm ki, "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir".
Qeyd edək ki, "Muğanbank" üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir.
Sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Kompensasiya sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada - 12%, xarici valyutada - 2,5%-dir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















