Cahangir Hacıyev məhkəmədə ifadə verəcək
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə verib.
İfadə verən Azad Cavadov onun sadəcə, 55 min manat kreditdən xəbəri olduğunu bildirib: "2010-cu ildə işimdən ayrılmışam. İşlədiyim yer Beynəlxalq Bankın tərkibində idi. Mən çıxandan sonra işlədiyim şirkət bankdan ayrıldı. Bir gün bankdan zəng etdilər ki, müəyyən layihələrin həyata keçirilməsi məqsədilə kredit götürüləcək. Mən adam tapmalı idim. Cahangir Hacıyev zəng etdi ki, narahat olma, krediti özümüz ödəyəciyik. Rauf Şahbazovla birgə getdik banka, kredit üçün blank doldurub çıxdıq. Kredit üçün ayrılan pul bankın kassasında qaldı. 2015-ci ildə xəbərim oldu ki, kredit ödənməyib. İş üzrə zərərçəkmiş şəxslərdən sadəcə, Rauf Şahbazovu tanıyıram".
Daha sonra sabiq deputat Dünyamin Xəlilov ifadəsində bildirib ki, bankda ayrı-ayrı adamların adına kreditlər rəsmiləşdirilib: "Bankda ayrı-ayrı fiziki şəxslərin adına müəyyən layihələrin icrası ilə bağlı kreditlər rəsmiləşdirilirdi. 2007-2012-ci illərdə Kamal Abbasov və başqa adamlar kredit götürmüşdü. Kamal Abbasov Cahangir Hacıyevin dostu idi. 2-3 layihənin rəhbəri idi. Sonradan mənə dedi ki, kreditləri ödəyə bilmirəm. Cahangirlə danışdım dedi ki, həll edəcəyik. Ümumilikdə 3 fiziki şəxsin adına kredit götürülməsi üçün Cahangir Hacıyev zəng edib xahiş etdi. Amma pul bankın kassasında qalıb. Hansısa layihələrin icrası üçün istifadə edildiyini dedilər".
Daha sonra məhkəmə bu işdə şahid qismində qeyd olunan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin prosesdə dindirilməsinə qərar verib.
Proses noyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.
Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.
Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.
Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.
© APA
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir



























