Sahibkarlar Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüb
Görüşdə "Marsol Group" şirkətinin tərəfdaşları iştirak ediblər.14 oktyabr "Marsol Group" və "Wotmax Estate"in birgə təşkilatçılığı ilə təşkil olunmuş işgüzar nahar yeməyində sahibkarlar Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüblər.
"Astalanya" restoranında baş tutan nahar yeməyində Şimali Kipr və Azərbaycanın milli musiqiləri səsləndirilib. Görüşdə iştirak edən "Marsol Group" partnyorlarının fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
Daha sonra Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələri, o cümlədən ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər ölkələr arasında ticari münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar çıxışı zamanı Türk dünyası xalqlarının tarixi bağlılığı əsasında qurulan münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. O, xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Daha sonra Ersin Tatar sahibkarların suallarını cavablandırıb.
Görüşün sonunda Kipr Türk Cümhuriyyətinin Prezidentinə "Marsol Group"un təsisçisi Tural Mustafayev və şirkətin Şimali Kipr nümayəndəsi İlhami Bilgen tərəfindən xatirə hədiyyəsi təqdim edilib və sahibkarlarla birgə xatirə fotosu çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















