“PAŞA Bank” “Rəqəmsal dövrün hüquq və komplayns çağırışları” mövzusunda beynəlxalq konfrans keçirib
Oktyabr ayının 11-də ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” “Rəqəmsal dövrün hüquq və komplayns çağırışları” mövzusunda beynəlxalq konfrans keçirib.
“Four Seasons” mehmanxanasında baş tutan konfrans iki müzakirə paneli və xüsusi təlim sessiyalarından ibarət olub. Tədbirdə spikerlər qismində dövlət rəsmiləri, o cümlədən Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin təmsilçiləri, Maliyyə Monitorinqi Xidmətinin və Dövlət Vergi Xidmətinin nümayəndələri, eləcə də aparıcı özəl şirkətlər, o cümlədən “Squire Patton Boggs”, “Ankura”, “Dentons”, “Deloitte & Touche”, “Actimize Turkey Partner 3-D Bilişim Teknolojileri A.S”, “Azercell Telecom”, “PAŞA Bank” kimi yerli və xarici təşkilatların təmsilçiləri çıxış ediblər.
İştirakçılar hüquq və komplayns sahəsində mövcud tendensiyaları və dinamik dəyişiklikləri, eləcə də bu sferada qarşıda duran önəmli çağırışlar və gələcəyə dair proqnozları müzakirə edərək, fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı çıxış edən yerli və beynəlxalq ekspertlər hüquq və komplayns dayanıqlı inkişafın əsas elementi kimi, bu sahələrdə innovativ həllərin tətbiqi imkanları, müxbir münasibətlərə sanksiyaların təsiri, törəmə maliyyə alətləri üzrə islahatın əhəmiyyəti mövzularında öz fikir və təcrübələrini bölüşüblər.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov bildirib ki, “PAŞA Bank”ın təşkilatlarının, müştərilərinin və bütövlükdə cəmiyyətin maraqlarının qorunması sahəsində aktiv mövqe sərgiləmək, rəqəmsal dövrün yaratdığı unikal çağırışları effektiv şəkildə həll etmək üçün yeniliklərə çevik şəkildə uyğunlaşmaq əsas vəzifələrdəndir.
“Hüquq və komplayns funksiyalarının rəqəmsallaşdırılması bir sıra üstünlüklər vəd edir. Bu sahələrdə rəqəmsal texnologiyaların tətbiqi prosesləri daha da optimallaşdıracaq, dəqiqliyi artıracaq, riskləri azaltmaqda və daim inkişaf edən tənzimləyici mühitə daha effektiv uyğunlaşmanı təmin etməkdə yardımçı olacaqdır. Bununla belə avtomatlaşdırılmış hüquq və komplayns proseslərinin müntəzəm olaraq nəzərdən keçirilməsi, yenilənməsi və normativ tələblərə uyğunlaşdırılması mühüm bir tələbə çevriləcəkdir. İnanıram ki, bu konfransın nəticələri Azərbaycanda hüquq və komplayns sahəsinin dayanıqlılığına əhəmiyyətli töhfə verəcək", - deyə, Anar Kərimov bildirib.
Qeyd edək ki, konfransda və praktiki sessiyalarda dövlət və özəl sektorun ümumilikdə 100-dən çox nümayəndəsi iştirak edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























