Dövlət Xidməti 50 şirkət və 14 sahibkar barəsində tədbir görüb, 447 min manat istehlakçılara geri qaytarılıb - SİYAHI
2162 istehlakçı müraciəti təmin olunub, 447 038 manat istehlakçılara geri qaytarılıbCari ilin yanvar-sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 447.038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45.990 manat məbləğində dəymiş ziyan ödənilib.
Bu barədə Marja Xidmətə istinadən xəbər verir.
Qeyd edilibki, vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 50 hüquqi, 14 fiziki şəxs barəsində inzibati xəta barədə protokol tərtib edilib.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçı hüquqlarının qorunması, təbii inhisarların fəaliyyəti və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 5082 vətəndaş müraciətinə baxılıb. Bu, 2022-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən (4161 müraciət) 22,1% yüksəkdir. Hesabat dövrü ərzində Dövlət Xidmətinə daxil olan 2162 müraciət təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,9% artım deməkdir. Təmin olunan müraciətlər nəticəsində 447.038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45.990 manat məbləğində dəymiş ziyan ödənilib.
Müqayisə üçün bildirək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1881 müraciət təmin olunub, 271.422 manat vəsait istehlakçılara qaytarılıb, 17.763 manat dəyərində dəymiş ziyan ödənilib.
Qeyd edək ki, istehlakçıların elektrik, su, qaz, istilik təchizatı, telefon, internet, poçt rabitəsi, dəmiryolu, hava yolu nəqliyyatı və digər xidmətləri göstərən təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı müraciətləri də yuxarıda qeyd olunan göstəricilərə daxildir.
Cari ilin yanvar-sentyabr aylarında daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 14 fiziki şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə olunub, 50 hüquqi şəxs barəsində tərtib olunmuş protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
İnzibati xəta barədə protokollar 32 halda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, 9 halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, 8 satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, 6 halda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsi, 4 halda dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə satılması, 4 halda ictimai iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması, 1 halda istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsi əlaqədar tərtib edilib.
İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə tərtib olunmuş protokollara dair ətraflı məlumat:
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
44 d. əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 53 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir


























