BOKT-lar biznesdən daha çox əhaliyə kredit verib
BOKT-lərin kredit portfelinin 60%-ni (297 mln. manat) istehlak kreditləri, 40%-ni (200 mln. manat) isə biznes kreditləri təşkil edir.2023-cü ilin ilk yarımilində Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli həm biznes, həm də istehlak kreditləri hesabına genişlənmişdir.
Marja.az Mərkəzibanka istinadən xəbər verir ki, dövr ərzində kredit portfeli 12.7% (56 mln. manat) artaraq 497 mln. manat olmuşdur. İstehlak kreditləri üzrə yarımillik artım 12.5%, biznes portfeli üzrə isə 13% olmuşdur. 2023-cü ilin ilk yarısının sonuna olan məlumatlara əsasən BOKT-lərin kredit portfelinin 60%-ni (297 mln. manat) istehlak kreditləri, 40%-ni (200 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 27%-ni (54 mln. manat) kənd təsərrüfatı, 26%-ni (52 mln. manat) qeyri-istehsal və xidmət sahələrinin, 25%-ni (50 mln. manat) isə ticarət sahəsinə verilmiş kreditlər təşkil edir.
Kredit portfeli üzrə QİK əmsalı portfelin artımı fonunda yaxşılaşmışdır. 2023-cü ilin ilk yarısı ərzində sektorun qeyri-işlək kredit portfeli 4% artaraq 69.2 mln. manat təşkil etmişdir. Buna baxmayaraq, sektorun QİK əmsalı kredit portfelinin sürətli artım fonunda 1.2 f.b. azalaraq 13.9% olmuşdur.
BOKT sektorunda təmərküzləşmə əlamətləri davam edir. Sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 18 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların cəmi aktivləri BOKT sektorunun 81%-i (500 mln. manat) təşkil edir. Əlavə olaraq, sektor üzrə regional təmərküzləşmə də nəzərəçarpandır. Sektor üzrə verilən kreditlərin 60%-i Bakı şəhəri üzrə təmərküzləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























