Hər 100 manat kreditin 20 manatı ABŞ dolları ilə götürülüb
Azərbaycan bankları tərəfindən verilmiş hər 100 manat kreditin 20 manatı ABŞ dolları ilə verilib.
Marja.az xəbər verir ki, Mərkəzi Bank kredit portfeli üzrə dollarlaşma səviyyələrini açıqlayıb.
Qeyd edilib ki, 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında bankların kredit portfelinin dollarlaşması 0.2 faiz bəndi (f.b.) azalaraq 19.9% təşkil etmişdir. Azalmanın əsas drayveri istehlak kreditləri ollmuşdur. Belə ki, ilk yarımil ərzində istehlak kreditləri üzrə dollarlaşma səviyyəsi 0.7 f.b. azalaraq 5.5% təşkil etmişdir.
Eyni zamanda, ipoteka kreditlərinin dollarlaşması 0.1 f.b. azalaraq 0.2% təşkil etmişdir.
Yarımil ərzində biznes portfeli üzrə dollarlaşma isə 0.5 f.b. artaraq 33.4% olmuşdur.
"Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması və xarici valyutada verilən kreditlər üzrə əlavə risk çəkisinin müəyyən edilməsi istehlak portfelinin dollarlaşmasının azalmasını şərtləndirmişdir. Habelə, Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipotekakreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirmişdir",- Mərkəzi Bank qeyd edib.
DEPOZİTLƏRİN DOLLARLAŞMASI
Mərkəzi Bank bildirib ki, 2023-cü ilin birinci yarısında bank sisteminin depozit porfelinin dollarlaşması 5.4 f.b azalaraq 41.7%, kredit portfelinin dollarlaşma səviyyəsi isə 0.2 f.b azalaraq 19.9% təşkil etmişdir.
"Depozit portfeli üzrə de-dollarlaşmanın əsas drayveri hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitlərinin azalması olmuşdur. Son 6 ay ərzində hüquqi şəxslərin xarici valyutadakı tələbli depozitləri 3.1 mlrd. manat azalmışdır ki, bu da hüquqi şəxslər üzrə depozit portfelinin dollarlaşmasının 6.3 f.b. azalaraq 44.6%-ə enməsinə səbəb olmuşdur. Hüquqi şəxslərin müddətli depozitləri üzrə də uzunmüddətli de-dollarlaşma trendi davam etmişdir. Ötən ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi 2.4 f.b. azalaraq 67.7% təşkil etmişdir".
Fiziki şəxslərin depozitləri üzrə dollarlaşmanın azalması cari ilin ilk yarısında da davam etmişdir. 2023-cü ilin ilk altı ayı ərzində ümumilikdə fiziki şəxslərin cəmi depozitlərinin dollarlaşması 2.7 f.b. azalaraq 37.1% təşkil etmişdir.
"Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir. Belə ki, müddətli depozitlərin dollarlaşması 2023-ci ilin ilk yarısında 2.1 f.b. azalaraq 36.9% olmuşdur. Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin xarici valyutada tələbli depozitləri üzrə də dollarlaşmanın azalması müşahidə edilmişdir. Belə ki, fiziki şəxslərin tələbli depozitləri üzrə dollarlaşma səviyyəsi 3.3 f.b azalaraq 37.4% olmuşdur",- Mərkəzi Bank bildirir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























