Neft Fondu büdcə üzrə proqnozu kəsirlə icra edib
2017-ci il üçün müəyyən edilmiş illik və yarımillik proqnozların icrası səviyyəsi əsas mənbələr kimi Vergilər Nazirliyi, Gömrük Komitəsi və qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə artıqlaması ilə yerinə yetirilmiş, Dövlət Neft Fondu üzrə isə kəsirlə icra olunmuşdur.
“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.
2017-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 milyard 510 milyon manat məbləğində illik və 3 milyard 271 milyon 173 min manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 44,6% və 102,5% səviyyəsində icra olunaraq 3 milyard 352 milyon 375,6 min manat, Gömrük Komitəsi üzrə müəyyən edilmiş 2 milyard 200 milyon manat məbləğində illik və 1 milyard 450 milyon manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 53,2% və 112,1% səviyyəsində icra olunaraq 1 milyard 171 milyon 211,5 min manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 353 milyon manat məbləğində illik və 139 milyon 592 min manat məbləğində yarımillik proqnozlar isə, müvafiq olaraq 42,0% və 106,2% səviyyəsində icra olunaraq 148 milyon 298,8 min manat məbləğində vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilmişdir.
Eyni zamanda, Dövlət Neft Fondu üzrə müəyyən edilmiş 6 milyard 100 milyon manat məbləğində illik və 3 milyard 500 milyon manat məbləğində yarımillik proqnozlar müvafiq olaraq 49,0% və 98,1% səviyyəsində icra edilərək 2 milyard 991 milyon manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür.
2017-ci ilin altı ayı üzrə dövlət büdcəsi gəlirlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1 milyard 591 milyon 88,8 min manat və ya 25,9% artmış, ən böyük artım Dövlət Neft Fondu üzrə olmuşdur.
2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7 milyard 724 milyon 834,1 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 16 milyard 255 milyon manat məbləğində illik proqnozun 47,5%-nə ,“2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7 milyard 551 milyon 761 min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olmuşdur.2017-ci ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (31 milyard 310,6 mln. manat) nisbəti 24,7% təşkil etməklə əvvəlki ilin analoji göstəricisini 1,7 faiz bəndi üstələmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 18 d. əvvəl
- 42 d. əvvəl
-
51 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
55 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)









.jpg)



