Dünyanın ən varlı adamı dəyişdi
ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un qurucusu Cef Bezos (Jeff Bezos), dünyanın ən varlı adamı oldu.
"Marja" xəbər verir ki, Forbes-in "Dünyanın Milyarderləri Siyahısına" görə, 53 yaşlı Bezosun sərvəti Nyu-York Birjasının açılması ilə 90,2 milyard dollara çatıb.
Nyu-York Birjasında əməliyyat görən Amazon-un səhminin dəyəri bu gün 1,6 faiz artıb və nəticədə Bezosun xalis aktivləri (sərvəti) dünən ilə müqayisədə 900 milyon dolların üzərində artım qeyd edib.
Beləliklə, Bezos, Microsoftun banisi və 90 milyard dollarlıq sərvətə malik olan 61 yaşındakı Bil Qeytsi (Bill Gates) geridə qoyaraq "dünyanın ən varlı adamı" titulunu alıb.
Forbes-in siyahısında, İspaniyalı iş adamı və Zara-nın sahibi Amancio Ortega 83,1 milyard dollarlıq sərvətilə üçüncü, Amerikalı sərmayəçi Uorren Buffett (Warren Buffett) 74,4 milyard dollarlıq sərvətilə dördüncü, Facebook qurucusu Mark Zuckerberg də 72.3 milyard dollarlıq sərvətilə beşinci sırada yer alır.
Mütəxəssislər, Amazon-un bu gün açıqlanacaq ikinci rüb balansının müsbət olması vəziyyətində şirkətin səhmlərinin daha da bahalaşa biləcəyini və bunun da Bezosun "dünyanın ən varlı adamı" mövqeyini möhkəmləndirəcəyini vurğulayırlar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 3 saat sonra
-
16 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 30 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14% pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır






.jpg)
.jpg)














.jpg)
