“Avrora” şirkəti Dövlət Agentliyi ilə anlaşdı
“Avrora” gənclərin təhsilinə belə töhfə verəcək(®) Azərbaycanda qeyri neft sektorunun inkişafı, eləcə də qida emalı sənayesində peşə təhsilli kadrların yetişdirilməsi üçün növbəti memorandum imzalanıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə "Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi" layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma memorandumu imzalanıb.
“Avrora” MMC Peşə Təhsili üzrə Dövlət Agentliyi, EBRD və “SustainEra” birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə nəticəsində spesifik istehsal sahələri üzrə kadrlar hazırlanacaq. Bu spesifik sahələrdən biri də un istehsalıdır. “Un istehsalı” üzrə peşə tədrisinin təşkili və həyata keçirilməsi bu sahə üzrə kadrların hazırlanması və məşğulluğuna, həmçinin qida emalı sənayesinin inkişafına xüsusi töhfə verəcəkdir.
“Avrora” şirkəti layihənin növbəti mərhələlərdə istehsal sahələrinin digər istiqamətlərini də əhatə etməsini planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
2 saat əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
3 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
Ən çox oxunanlar
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi






.jpg)
.jpg)







.jpg)




