“Onu oxut”, daha gözəl dünya qur
(®) Cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start verib.
“Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasında toplanan məbləğlər hesabına sosial həssas qruplardan olan tələbələrə təqaüd veriləcək: https://bit.ly/rhttqv.
2023/2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq ali məktəbə daxil olan tələbələr həssas insanların ianələri ilə daha rahat təhsil imkanına sahib olacaqlar. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 20-dən çox tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib.
Aksiyaya qoşulmaq və gənclərin parlaq gələcəyinə işıq tutmaq üçün ianələri Fondun veb-saytı https://bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək mümkündür.
Xatırladaq ki, ötən tədris ilində “Onu oxut” aksiyasından dəstək istəyən 26 tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib. Aksiya çərçivəsində xeyirxah insanların ianəsi ilə 43 590 AZN toplanıb. Layihəyə 16 donor qoşulub. Onların dəstəyi ilə 21 990 AZN olamaqla 11 tələbənin təhsil haqqı ödənilib, 15 tələbəyə isə 10 ay müddətində 21 600 AZN məbləğində təqaüd verilib.
Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Siz də “Onu oxut” layihəsinə qoşularaq ali təhsil almaq istəyən gənclərə dəstək ola bilərsiniz. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək hər kəsi bu aksiyaya ianə etməyə çağırırıq.
Qeyd edək ki, Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






