Azərbaycan şirkətindən 44,4 milyon manat maya geri götürüldü -200 DƏFƏ AZALMA
"European Tobacco Baku" ASC-nin nizamnamə kapitalı 44 milyon 412 min 44 manat və ya 200 dəfə azaldılıb.
""European Tobacco Baku" ASC-nin nizamnamə kapitalı hər bir səhmin nominal dəyərinin azaldılması yolu ilə, 44 milyon 635 min 220 manatdan azaldılaraq 223 min 176 manat olmuşdur".
Marja.az xəbər verir ki, bu, Şirkətin bildirişində deyilir.
"European Tobacco Baku" ASC-nin nizamnamə kapitalı 44 milyon 635 min 220 manat təşkil ediridi.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105.2. maddəsinə görə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər. Kreditorlardan yazılı tələbləri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 ünvanında qəbul edilir",- bildirişdə qeyd olunub.
2001-ci ildə dövlət qeydiyyatına alınmış "European Tobacco Baku" ASC-nin direktoru Zaur Səfərovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
2 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Nestle şirkəti üzr istədi
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Ən çox oxunanlar
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir

























