"AzNar" şirkəti bazara yeni məhsullar çıxarır – YENİ BRENDLƏR
"AzNar" QSC-nin törəmə şirkəti olan "Aznar Distribution" MMC yaxın günlərdə yeni məhsulların satışına başlayacaq.
Bunu Marja.az-a açıqlamasında "Aznar Distribution" MMC şirkətinin Baş direktoru Rüfət Nağdəliyev bildirib.
Şirkətin direktorunun sözlərinə görə, Azərbaycan əsilli milyarder, xeyriyyəçi iş adamı Fərhad Əhmədovun Göyçayda investisiyalarını artırması nəticəsində yeni istehsal sahələri yaradılıb. Onun əsas səhmdarı olduğu "AzNar" QSC bir neçə törəmə şirkətlər təsis edib. Artıq yeni həmin şirkətlərin müəssisələrə işə düşməkdədir.
"AzNar" QSC-nin nəzarətində olan "Kənd" MMC tam təbii üsulla, torpaqda (bio-product) pomidor, bibər, badımcan və digər meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olur. Yaxın günlərdə pomidor və bibərin satışına start veriləcək.
Həmçinn "AzNar" İsmayıllı və Laçında arıçılıq təsərrüfatını yaradılıb. Bu təsərrüfatlarda əldə edilən bal "Balkimi Bal" brendi ilə satışa çıxarılacaq.
Eyni zamanda, Göyçay rayonu ərazisində heyvan və balıq yemləri istehsalı müəssisəsi qurulub. Yaxın günlərdə it və pişik yemləri "Tarzan" və "Luna" brendləri adı altında satışa təqdim olunacaq.
Rüfət Nağdəliyev qeyd etdi ki, məsullar haqqında ətraflı məlumat almaq və tanış olmaq istəyənlər 070 230 19 69 nömrəsilə əlaqə saxlaya bilərlər.
Xəbər verdiyimiz kimi, 15 Mart 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Aznar Distribution" MMC şirkəti dövlət qeydiyyatına alınıb. "Aznar Distribution" şirkəti "Aznar" QSC-nin istehsal etdiyi məhsulların iri dağıtım şirkətlərinə satışı ilə məşğul olur.
"AzNar" QSC "Grante" nar şirələrinivə "Aria" içməli su məhsullarının da istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
36 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
40 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib











.jpg)







