Şirvanda ilk 8 bina dövlətə 28 milyon manata başa gələcək
Şirvan şəhərində yeni yaşayış kompleksində ilk səkkiz yaşayış binası 2024-cü ilin noyabrına kimi istifadəyə hazır olacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC iki özəl tikinti şirkətlə müvafiq müqavilələr imzalayıb.
Marja.az xəbər verir ki, Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 5,6,7,8,9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının inşası Hünər İnşaat Firmasına həvalə edilib. “MİDA” MMC bu firma ilə məbləği 20 milyon 924 min manat olan müqavilə imzalayıb.
11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi isə "Araz İnşaatçı" MMC şirkətinə verilib. “MİDA” MMC bu şirkət ilə məbləği 7 milyon 32 min 652 manat olan müqavilə bağlayıb.
MİDA mənzilləri güzəştli satır. "Güzəştli mənzil" dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:
1) Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.
2) Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.
Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Güzəştli mənzili kim əldə edə bilər?
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin kateqoriyalar ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















