Yaponiya Yeni Xocavənd qəsəbəsi və Neftçalada məktəb tikəcək
Yaponiya Yeni Xocavənd qəsəbəsi və Neftçalada məktəb tikəcək.
Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” və “Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” layihələrinin icrası planlaşdırılır.
Xocavənd layihəsi çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd qəsəbə məktəbində 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinə 91 297 ABŞ dolları (154 293 manat) ayrılıb.
Neftçala layihəsi çərçivəsində isə rayonunun Qırmızıkənd kənd məktəbinin 7 sinif otaqlı, anbarlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi üçün “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinə” 90 513 ABŞ dolları (152 968 manat) məbləğində qrant ayrılıb.
Layihə ərazisi olan Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























