Şahdəniz 200 milyard kubmetr ümumi qaz hasilatını qeyd edir
Şahdəniz hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunması uğurunu qürurla qeyd edir.
Marja.az xəbər verir ki, bu barədə "bp - Azərbaycan"ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 200 milyardıncı kubmetr qaz 26 avqust 2023-cü il tarixində, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan etməyimizdən 16 il yarım sonra əldə olunub.
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri Şahdəniz mərhələ 1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.
Şahdəniz yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
Şahdəniz mərhələ 2 layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaratdı. 2020-ci ilin dekabrından başlayaraq Şahdəniz qazı Avropa bazarlarına nəql olunur və Avropa üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır. Ümumilikdə, Şahdəniz mərhələ 2 çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz təchiz edilir.
2023-cü il Şahdəniz üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə Şahdəniz 2 quyuları işə salınacaq.
Hazırda Şahdəniz Alfa (11 quyu) və Şahdəniz Bravo (14 quyu) - platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov: “bp olaraq Şahdənizlə qürur duyuruq. Bu, dünya səviyyəli nəhəng bir yataqdır, lakin eyni zamanda istismar baxımından ən çətinlərdən biridir. Bununla belə, onun işlənməsi zamanı üzləşdiyimiz çətinliklərə baxmayaraq, ən mürəkkəb hövzələrdən birində ən çətin quyuları qazmağın və yatağı regional və qlobal bazarlarla birbaşa əlaqələndirmək üçün dünya səviyyəli infrastruktur qurmağın öhdəsindən gələ bildik.
“Xüsusilə qürur duyuruq ki, bütün bunlara təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və səmərəli şəkildə nail olmuşuq. Şahdəniz sıfır emissiya məqsədimizə doğru irəliləyərkən enerji keçidi istiqamətində həm bp-nin, həm də Azərbaycanın səylərinə töhfə verən dəyərli bir layihədir.
“İnanırıq ki, Şahdənizin böyük gələcəyi var. Hazırda biz Şahdənizdə mövcud məhsuldar layların altındakı “Pre-Fasila” layına yeni bir quyu qazırıq. Ümid edirik ki, həmin quyu Şahdənizin uzunmüddətli hasilat ömrünü təmin etmək planlarımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq”.
Faktlar və göstəricilər
- Şahdəniz ilk dəfə olaraq Xəzər ehtiyatlarını birbaşa Avropa qaz bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.
- Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağı bp-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yatağın sahəsi təxminən 860 kvadrat kilometrdir.
- Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib. İlkin hesablamalara görə bütövlükdə Şahdəniz yatağının 1 trilyon kubmetrdən çox qaz və 2 milyard bareldən çox kondensat ehtiyatı var.
- Əməliyyatlara başlayandan indiyədək Şahdəniz yatağından 42,4 milyon ton (342 milyon barel) kondensat hasil edilib.
Şahdəniz 2 Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri və ən mürəkkəb sualtı infrastrukturdur.
Şahdəniz layihəsi texniki təhlükəsizlik üzrə çox yüksək göstəricilərə malikdir. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi Şahdəniz çərçivəsində 20 ətraf mühitə təsirin qiymətləndirilməsi və 54 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Bank of America: Qızılın qiyməti 2026-cı ildə 5 min dollara çata bilər
-
1 saat əvvəl
Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
2 saat əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
2 saat əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası














.jpg)







.jpg)
