Dollara tələbin artması qızılın ucuzlaşmasına təsir göstərir - GÜNƏ BAXIŞ
Cari ticarət həftəsinə 2 aylıq zirvəsindən qismən enişlə sakit başlayan DXY 103 bənd səviyyəsində mövqeyini qoruyur. İnvestorlar isə bu həftə avqustun 24-dən 26-na kimi baş tutacaq “Jackson Hole” Simpoziumunu gözləyirlər. Bu il konfransın əsas gündəm mövzusu “Qlobal İqtisadiyyatda Struktur Dəyişikliklər” olacaq. Simpoziumda çıxış edəcək ABŞ FED sədri Jerom Pavelin həm ABŞ iqtisadiyyatı, həm də qlobal bazarla bağlı şərhləri yaxından izləniləcək.
Son bir həftədə dollar avro qarşısında təxminən 0.7% bahalaşıb. Dollar Asiya regionu valyutalarına qarşı da güclü perspektiv nümayiş etdirib. Belə ki, USD Yaponiyanın keçən il məzənnəyə müdaxilə etdiyi səviyyələrə çataraq, yen qarşısında illik ən yüksək səviyyələri test edir.
Digər tərəfdən, Çinin faiz endirimi bazar tərəfindən xəyal qırıqlığı kimi şərh edildi. Çin kredit tələbini stimullaşdırmaq məqsədilə illik kredit faiz dərəcəsini ən azı 15 baza bəndi proqnozlaşdırılsa da, 10 baza bəndi aşağı salıb. Bundan əlavə, yuan sürətlə ucuzlaşsa da, 5 illik faiz dərəcəsinin sabit saxlanılması bazar tərəfindən mənfi qarşılanıb. Məlumatlara görə, Çinin əsas dövlət bankları son həftə ərzində həm ölkədə, həm də ofşor bazarda yuanı almaqla valyutanın aşağı yönlü dəyişkənliyini kompensasiya etməyə çalışıblar.
USD/CNY keçən həftəni 7.28 səviyyəsində bağlasa da, qismən enişlərə baxmayaraq, dollar həftəlik olaraq yuana qarşı dəyər qazanmağa davam etdi. Yeni həftədə də artım tendensiyasını davam etdirən USD/CNY 7.31 səviyyəsinə çatıb və ilin pik səviyyəsini yenidən sınaqdan keçirib.
Çindəki mənfi tendensiya qlobal bazarlar üzərində təzyiq yaratmağa davam edərkən, FED sədrinin “Jackson Hole” Simpoziumunda çıxışının bazarlara yön verə biləcəyi düşünülür.
Dollara tələbin artması iyulun ortalarından etibarən qızılın ucuzlaşmasına da təsir göstərir. Qiymətli metallar bazarında hazırkı görünüşündə hələ də “güvənli liman” missiyasını üzərinə götürməyən, XAU/USD 5-ci həftəyə daşıdığı eniş trendində 1885$-a kimi ucuzlaşsa da, “ayılar” hələ də bu dəstək həddini qırmağa müəssər ola bilmirlər. Lakin qızılnın bir unsiya üzrə qiyməti 1905$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər
Bugün isə Amerikada ikinci əl mənzil bazarında satış rəqəmləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























