Avropada inflyasiyanın sürəti 5%-dən yüksək olaraq qalır
Avropa Statistika Xidməti (Eurostat) iyul ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün yekun inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, məlumatlara görə, Avro Bölgəsində iyunda 5,5% olan illik inflyasiya iyulda 5,3% olub.
Avro Bölgəsinin ilkin məlumatlarında iyulda inflyasiya illik 5,3 faiz olaraq açıqlanmışdı. Yekun məlumatlar ilkin məlumatları təsdiqləyib.
Avro Bölgəsində iyulda inflyasiya əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb.
Aİ-də İyun ayında 6,4 faiz olan illik inflyasiya iyulda da 6,1 olub.
2022-ci ilin iyul ayında inflyasiya Avro Bölgəsində 8,9 faiz, Aİ-də isə 9,8 faiz təşkil etmişdi.
Avro Bölgəsində inflyasiyanın 2,47 faiz bəndi xidmətlər, 2,2 faiz bəndi ərzaq, alkoqol və tütün məmulatları, 1,26 faiz bəndi isə qeyri-enerji sənayesi məhsulları hesabına formalaşıb.
İyulda Macarıstanda illik inflyasiya 17,5 faiz, Polşa və Slovakiyada 10,3 faiz, Çexiyada 10,2 faiz, Rumıniyada 8,9 faiz təşkil edib.
Sözügedən dövrdə inflyasiya Almaniyada 6,5 faiz, İtaliyada 6,3, Fransada isə 5,1 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
25 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)









