"Finca Azerbaijan" 2023-də də mənfəətlə fəaliyyət göstərir, kredit portfeli böyüyüb
Əhalinin və biznesin "Finca Azerbaijan"a borcu artıb."Finca Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 840 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, Təşkilat 2022-ci ili 3 milyon 267 min manat, 2021-ci ili isə 2 milyon 611 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Təşkilatın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Finca Azerbaijan"ın faiz gəlirləri 8 milyon 52 min manat, qeyri-faiz gəlirləri 222 min manat, əməliyyat xərcləri çıxıldıqdan sonra əməliyyat mənfəəti 1 milyon 4 min manat təşkil edib. Təşkilat 118 min manat mənfəət vergisi ödəyib.
30 İyun 2023-cü il tarixində "Finca Azerbaijan"ın xalis kredit portfeli (müştərilərə verilmiş kreditlər) 52 milyon 833 min manata çatıb. Ötən ilin sonunda Təşkilatın müştərilərə verdiyi cəmi kreditlər (xalis) 44 milyon 875 min manat təşkil etmişdi. Beləliklə, cari ilin ilk 6 ayında "Finca Azerbaijan"ın xalis kredit portfeli 7 milyon 958 min manat artıb.
30 İyun 2023-cü il tarixində "Finca Azerbaijan" 303 nəfər işçiyə malik olub.
"Finca Azerbaijan"ın 100% təsisçisi "FİNCA Coöperatief U.A" təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















