Sabahın hava proqnozu açıqlandı
Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.
Azərbaycanda isti və bürkülü hava şəraiti avqustun 17-dək davam edəcək
Milli Hidrometeorologiya Xidmətinin avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, isti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Avqustun 14-də Bakıda və Abşeron yarımadasında bürkülü və qızmar diskomfort hava şəraiti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.
Bildirilib ki, bu da əksər əhali üçün çox əlverişsizdir.
Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Avqustun 14-də cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






