ABŞ-ın Çindən idxalı 25% azalıb
ABŞ şirkətləri Vaşinqton və Pekin arasında gərgin münasibətlər fonunda 2023-cü ilin yanvar-may ayları arasında Çindən məhsul idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 25% azaldıblar.
Marja xəbər verir ki, bu barədə bazar günü "The Washington Post" məlumat yayıb.
Qeyd edilib ki, iki ölkənin rəhbərliyi münasibətləri yaxşılaşdırmağa çalışsalar da, vəziyyət hələ də gərgindir.
Amerika şirkətləri, o cümlədən HP və Lego, Çin təchizatçılarından asılılığını azaltmağa çalışırlar.
Meksika 2023-cü ilin may ayında ABŞ-ın əsas ticarət tərəfdaşı olub. Qeyd olunur ki, bundan əlavə Vyetnam və Tailand da “Çinin dominant mövqeyi”nə sahib çıxmağa iddialıdırlar.
“The Washington Post” yazır ki, Çinin qlobal istehsalın mərkəzi kimi rolu, Pekinin iyirmi ildən çox əvvəl qlobal ticarət sisteminə qoşulmasından bəri ən böyük problemlə üzləşir. Əgər pandemiyadan əvvəl amerikalıların idxala xərclədiyi hər 4 dollardan təxminən 1 dolları Çin malları təşkil edirdisə, indi bu rəqəm 6 dollardan 1 dollara düşüb. Yaponiya da Çindən daha az məhsul almağa başlayıb, Avropa ölkələrinin, xüsusən də Almaniya və Fransanın mövqeləri ümumiyyətlə dəyişmir.
Keçmiş ABŞ prezidenti Donald Tramp dövründə Çindən gələn malların təxminən üçdə ikisinə tətbiq edilən ABŞ ticarət tarifləri yeni sifarişlərə mənfi təsir edib. Bundan əlavə, Çin fabriklərində maaşların artması “ölkənin rəqabət üstünlüklərindən birini sarsıdıb” və ölkə rəhbəri Si Cinpinin dövlət yönümlü iqtisadi siyasəti və ABŞ prezidenti Co Bayden administrasiyasına “ehtiyatlı münasibəti” ölkələr arasında ticarət əlaqələrini daha da soyudub.
Qəzet qeyd edib ki, ən nəzərəçarpan dəyişikliklər elektronika sənayesinə təsir edib. "The Washington Post", "S&P Global Market Intelligence"in məlumatlarına istinadən bildirir ki, ABŞ-ın idxal etdiyi fərdi kompüterlərdə Çinin payı 2016-cı ildəki 61%-dən 2022-ci ildə 45%-ə qədər azalıb.
Bayden administrasiyası Çin rəhbərliyini ABŞ-ın "iqtisadi boşanma axtarmadığına" inandırmağa çalışır, ancaq mühüm tədarük zəncirlərini ABŞ və ya müttəfiq ölkələrə köçürməklə "riskləri azaltmaq" istəyir. Bununla belə, “The Washington Post”un yazdığına görə, Vaşinqtonun milli təhlükəsizlik narahatlıqları artır, ABŞ artıq Çinə yarımkeçiricilərin ixracını azaldıb və tezliklə Çinin texnologiya sektoruna Amerika investisiyalarına yeni məhdudiyyətlər elan etməyi planlaşdırır.
Bundan əvvəl ABŞ-ın ticarət naziri Gina Raimondo yayın sonuna qədər Çinə səfər etməyi planlaşdırdığını açıqlamışdı. İyunun 18-19-da dövlət katibi Entoni Blinken Pekində səfərdə olub. İyulda ABŞ-ın maliyyə naziri Canet Yellen və ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri danışıqlar üçün Çinə səfər ediblər. Bundan əlavə, keçmiş dövlət katibi Henri Kissincer iyul ayında Pekində Si Cinpin, Çinin müdafiə naziri Li Şanfu və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi ilə görüşlər keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 56 d. sonra
-
- 23 d. əvvəl
- 43 d. əvvəl
-
58 d. əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
1 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
1 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər







.jpg)





.jpg)








