Rusiya bazarında Avropa şirkətlərinin ziyanı azı 100 milyard avro qiymətləndirilir
BP, Shell və TotalEnergies şirkətlərinin ümumi itkiləri 40,6 milyard avro təşkil edir.2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa şirkətlərinin Rusiya bazarında birbaşa itkiləri azı 100 milyard avro təşkil edir.
Marja.az xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) qəzeti məlumat yayıb. Qəzet bu məlumatı Avropa şirkətlərinin məlumatlarına əsasən hesablayıb.
Nəşrin məlumatına görə, bu müddət ərzində 176 Avropa şirkəti “aktivlərin dəyərsizləşməsi, məzənnə ilə bağlı xərclər və bizneslərinin Rusiya seqmentinin satışı, bağlanması və ya azalması nəticəsində yaranan itkilər” ilə üzləşib.
Eyni zamanda, təhlil, Ukraynanın Rusiyaya hücumu və Rusiya Federasiyasına qarşı Qərb sanksiyaları səbəbindən enerji resurslarının və digər məhsulların bahalaşması kimi dolayı makroiqtisadi amilləri nəzərə almır.
FT neft və qaz şirkətlərinin Rusiya bazarını tərk etdikdən sonra ən çox itkiyə məruz qaldığını vurğulayıb. Beləliklə, BP, Shell və TotalEnergies şirkətlərinin ümumi itkiləri 40,6 milyard avro təşkil edib. Lakin enerji daşıyıcılarının qiymətlərinin qlobal artımı ilə əlaqədar siyahıda olan korporasiyalar maliyyə çətinliyi ilə üzləşməyiblər: keçən il onlar rekord məbləğdə 95 milyard avro mənfəət əldə etdiklərini bildiriblər. Sənaye, o cümlədən avtomobil sənayesi ilə məşğul olan şirkətlərə gəldikdə, Rusiya Federasiyasında itkilər 13,6 milyard avro təşkil edir, maliyyə korporasiyaları, xüsusən də banklar 17,5 milyard avro zərər ilə üzləşiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















