“PAŞA Kapital” dövriyyəsinə görə investisiya şirkətləri arasında birincidir
(®) Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən "PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar-iyul aylarında 8 milyard 39 milyon 354 min 228 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyini saxlamaqda davam edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.
Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.
Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində - Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Ümumilikdə, PAŞA Kapital 2023-cü ilin yanvar-iyul ayları üzrə bazar payı 47% faiz olmuşdur.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















