Neft dolların ucuzlaşması ilə bahalaşır
Dünya bazarında neft qiymətləri cümə günü səhər saatlarında dolların zəifləməsi ilə bir qədər bahalaşıbCümə günü səhər qlobal bazarlarda neft qiymətləri ABŞ dollarının ucuzlaşması fonunda bir qədər yüksəlib.
Marja.az xəbər verir ki, analitiklərin şərhinə görə, qiymətlər OPEC+ ölkələrinin hasilatın azalacağı gözləntiləri ilə ardıcıl altıncı həftədə də artım göstərə bilər.
Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,20% artaraq 85,30 dollar/barel, WTI markalı neftin sentyabr fyuçersləri 0,22% artaraq 81,73 dollar/barel təşkil edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,1% azalaraq 102,44 bənd təşkil edib. Dolların ucuzlaşması əmtəələrə, o cümlədən neftə olan tələbi dəstəkləyir və başqa valyutada alış zamanı onları daha əlverişli edir.
Neft kotirovkaları ardıcıl altıncı həftədə də artım göstərə bilər; ümumilikdə bu müddət ərzində bu növ xammalın dəyəri müvafiq olaraq təxminən 15,5% və 18% artıb. Kotirovkalar OPEC+ ölkələrinin hasilatı daha da azaldacaqları ilə bağlı gözləntilər ilə dəstəklənir.
Analitiklər bildirirlər ki, hasilatın azaldılması yay tələbinin pik dövründə neft qiymətlərinin yüksəlməsinə səbəb olur.
Cümə axşamı Səudiyyə Ərəbistanı iyulda başlayan neft hasilatının gündəlik 1 milyon barrel azaldılmasını sentyabr ayına qədər uzatdığını bildirib. Gələcəkdə hasilatın azaldılmasının uzadıla və ya artırıla biləcəyi də qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir














.jpg)






