Azərbaycan bankları investisiya şirkətlərinin xidmətlərini də göstərəcklər
Bankların fəaliyyət növləri artırılıb. Qərb ölkələrində olduğu kimi, Azərbaycan bankları investisiya şirkətlərinin xidmətlərini də göstərəcklər.
Marja.az xəbər verir ki, Azərbaycanın kommersiya bankları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan həcmdə və qaydada qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyətilə də məşğul ola biləcəklər. Bununla əlaqədar "Banklar haqqında qanuna" müvafiq 32.1.6-2-ci maddə əlavə edilib. Qanuna əlavə və dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən imzalanıb.
"Qiymətli kağızlar haqqında" qanuna edilən dəyişikliyə görə, Qanunun 30.3-cü (Əsas investisiya xidmətləri ) və 30.4-cü (Yardımçı investisiya xidmətləri) maddələri ilə müəyyən edilmiş investisiya xidmətləri Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları tərəfindən müəyyən edilmiş qaydada lisenziya alınmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilən həcmdə və qaydada həyata keçiriləcəkdir.
Qeyd edək ki, dünən Azəraycan Prezidentinin Fərmanı ilə, Mərkəzi Banka banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydasını altı ay müddətində təsdiq edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.
İnvestisiya şirkəti və onun xidmətləri
İnvestisiya şirkətləri əsas və yardımçı investisiya xidmətləri göstərir.
Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- fərdi investorların portfelinin idarə edilməsi;
- investisiya məsləhətlərinin verilməsi;
- qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
- qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- marja ticarəti.
Yardımçı investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
- müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
- təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
- əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
Marja ticarəti investora baza aktivi (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















