JPMorgan-dan qızıl üçün rekord proqnoz
JPMorgan, qızıla əhəmiyyətli bir investisiya fürsəti gördüklərini və qiymətli metalın 2024-cü ilin sonuna qədər rekord səviyyələrə yüksələcəyini proqnozlaşdırdıqlarını açıqlayıb. Burada həqiqətən alış və valyutalardan başqa aktivləri həvəsini görürük
Qlobal investisiya bankı JPMorgan, ABŞ-ın mümkün tənəzzülü ərəfəsində qızıla investisiya fürsəti gördüyünü, qiymətlərin ilin sonuna qədər 2000 dolları keçəcəyini və 2024-cü ilə qədər faiz dərəcələrinin aşağı salınması ilə rekord səviyyələrə yüksələcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, Bankın Qlobal Əmtəə Tədqiqatları üzrə İcraçı Direktoru Qreq Şirer (Greg Shearer) vurğulayıb ki, ABŞ Mərkəzi bankı (FED) gələn ilin ikinci rübündə gözlənilən faiz endirimlərini həyata keçirməyə başladıqda ABŞ-da real gəlirlərin azalması qiymətli metal üçün “əhəmiyyətli dəstək” olacaq.
Qızıl son 12 ayda ABŞ-ın faiz artımı dövrünün sonuna yaxınlaşdığını göstərən əlamətlər, mərkəzi bankların alışları və təhlükəsiz liman tələbləri ilə 15% bahalaşıb. Mayın əvvəlində qiymətli metal 2020-ci ildə qeydə alınan rekord həddə - 2075 dollara yaxınlaşmışdı.
JPMorgan, FED-in şərtləri (faizləri) yumşaltmağa başlamazdan bir müddət əvvəl ABŞ-da tənəzzül proqnozu ilə bağlı artan risklər fonunda qızılın unsiyasının qiymətinin 2024-cü ilin son rübündə 2175 dollar səviyyəsində olacağını gözləyir.
"Qarşıdakı 12-18 ay ərzində qızıl xeyli bahalaşacaq. Biz qızıl almaq üçün yaxşı bir nöqtədəyik", - Şirer deyib.
Bankın əmtəə araşdırmalarının rəhbəri qarşıdakı dövrdə iqtisadiyyatda baş verə biləcək inkişafları da qiymətləndirərək, proqnozlaşdırıb: “Qızıl və gümüş bazarları ABŞ-da yumşaq tənəzzül və ya sərt tənəzzül olacağına dair tərəddüdlü mövqedədir. Lakin daha nəzərə çarpan bir tənəzzül vəziyyətində faiz dərəcələrində daha dramatik bir azalma görəcəyik."
Digər tərəfdən, qızıla fiziki tələbat da artıb, məsələn, mərkəzi bankların alışları qiymətlər üçün güclü katalizatordur.
Geosiyasi risklərin qızılı hökumətlər üçün daha da cəlbedici etdiyini əlavə edən Şirer, “Biz həqiqətən alış və valyutalardan başqa aktivləri şaxələndirmək (diversifikasiya) üçün həvəs görürük”,- deyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
8 d. əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
11 d. əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 28 d. əvvəl
-
40 d. əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 46 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
1 saat əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
1 saat əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
Ən çox oxunanlar

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
