"Koç Holding" "Yapı ve Kredi Bankası" səhmlərini satacaq
"Koç Holding" portfelindəki "Yapı ve Kredi Bankası" səhmlərindən 575 milyon ədədini satacağını açıqlayıb. Bu səhmlər bankın nizamnamə kapitalının 6,81%-nə bərabərdir.
Marja.az "Koç Holding"in açıqlamasına istinadən xəbər verir ki, satışdan sonra da qrup bankın əsas səhmdarı olmağa davam edəcək.
Satışdan sonra "Koç Holding"in "Yapı Kredi"dəki birbaşa payı 27,02%-dən 20,22%-ə enəcək.
Həmçinin "Koç Holding" törəmə şirkəti "Koç Financial Services" vasitəsilə "Yapı Kredi"nin 40,95%-nə sahibdir.
Beləliklə, satışdan sonra "Koç Holding"in "Yapı Kredi"dəki payı 61,17% olacaq.
Bankın birjada ticarət olunan hissəsi isə 38,83%-ə yüksələcək.
1944-cü ildə qurulan "Yapı ve Kredi Bankası" 1980-ci ildə "Çukurova Holding"ə keçib. 2001-ci il böhranında "Çukurova" Qrupu çətinliklər yaşadıqdan sonra bank 2006-cı ildə "Koç Holding" və İtalyan "UniCredit" tərəfindən 50 faiz ortaqlıq olaraq qurulan "Koç Financial Services"ə satılıb. Ortaqlıq 2020-ci ildə başa çatıb. İtalyanlar səhmlərinin bir hissəsini satıblar. 2021-ci ildə "Koç Holding" "UniCredit"in səhmlərinin 18 faizini 300 milyon avroya satın alaraq bankın əsas səhmdarı olub. "Unicredit" səhmlərinin qalan 2%-ni də birjada sataraq Türkiyə bazarını tamamilə tərk edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
35 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)






.jpg)







