Naxçıvan Baş Gömrük İdarəsi 131 faizlik artıma nail olub
Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən toplanılmış gömrük ödənişləri artıb2023-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb.
Bu barədə Marja-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, toplanılmış gömrük ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 632 min manat və ya 131 faiz artıq olub. 2023-cü ildə müəyyən olunmuş 53 milyon 278 min manat proqnoza qarşı cari ilin birinci yarısı ərzində 36 milyon 22 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub.
Bu ilin yanvar-iyun ayları ərzində toplanılmış vəsaitin 5 milyon 628 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb.
Konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində həyata keçirlən tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində, ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 100 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
22 d. əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 34 d. əvvəl
-
40 d. əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
2 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
























