Neftin qiyməti 3 aylıq maksimuma yaxınlaşır
Çin iqtisadi artımı dəstəkləmək üçün daha çox tədbir gördüyü və enerji tələbatının proqnozunu dəstəklədiyi üçün neftin qiyməti son üç ayın ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, Brent neftin qiyməti 2,2% də artaraq 83 dolları görüb.
Xam neftin ən böyük idxalçısı olan Çinin yüksək səviyyəli liderləri istehlakı artırmağa və daşınmaz əmlak sektoruna daha çox dəstək veriləcəyini bəyan ediblər.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri qlobal ehtiyatların azalmasına kömək etmək üçün hasilatlarını ixtisar etdikdən sonra cari ilin ikinci yarının ilk həftələrində neft bahalaşıb. Bu, FED-in monetar sərtləşdirmə kampaniyasının (faizləri ardıcıl artırmasının) təzyiqini xeyli kompensasiya edib. Həmçinin investorların çoxu FED-in potensial olaraq uçot dərəcəsi artımlarına bu ay son qoyacağını və ABŞ iqtisadiyyatında dərin tənəzzülü baş verməyəcəyini gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















