Putin: Qara dəniz taxıl sazişi mənasız oldu
Rusiya prezidenti Vladimir Putin Qara dəniz taxıl sazişinin mənasını itirdiyini və buna görə də Rusiyanın bu sazişdən çıxdığını bildirib.
Bazar ertəsi günü bir qədər əvvəl dərc olunan məqaləsində Rusiya prezidenti Vladimir Putin yazıb ki, Rusiya Ukrayna taxılının təhlükəsiz ixracını təmin edən Qara Dəniz Taxıl Sazişindən çıxıb, çünki saziş öz mənasını itirib.
Marja xəbər verir ki, Kremlin saytında yer alan məqaləyə görə, Putin deyib ki, “insani məqsədini yerinə yetirməyən” taxıl müqaviləsinin davam etdirilməsi mənasını itirib.
Müharibəyə baxmayaraq Moskva bir il əvvəl qlobal ərzaq böhranını yüngülləşdirmək üçün Ukraynaya Qara dəniz limanlarından taxıl ixrac etməyə icazə verən sazişdən ötən həftə çıxıb.
Putin, Rusiyanın razılaşmanın uzadılması ilə bağlı şərtlərinə məhəl qoyulmadığını deyib. O, Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitindən əvvəl verdiyi açıqlamada, "Əmin olun ki, ölkəmiz Ukrayna taxılını əvəz edə bilər. Biz bu il rekord məhsul gözləyirik".
Qara dəniz taxıl sazişnin müddəti iyulun 18-də başa çatıb. Rusiya sazişin uzadılmasına etiraz edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
