"Logistika sahəsində də bir sıra şirkətlər rəqabəti dempinq siyasəti ilə aparmağa çalışırlar"
"Hər bir sahədə olduğu kimi logistika sahəsində də bir sıra şirkətlər rəqabəti dempinq siyasəti ilə aparmağa çalışırlar. Bu isə təbii ki, müsbət nəticə vermir. Məsələn, şirkətlər əməkdaşlıq yaratmaq üçün müştərilərinə daha ucuz qiymət təklif edirlər"
Bunu Marja-ya müsahibəsində 10 ildən çox beynəlxalq yükdaşıma və logistika sahəsində təcrübəyə malik, “Azerbaijan Logistics Services" MMC, “ALS Global Transport Gürcüstan” şirkətinin təsisçisi və Baş Direktoru (CEO-su), “ATSCO" MMC şirkətinin təsisçisi Fərrux Baxşiyev bildirib.
"Gənc iş adamı qeyd edib ki, logistika şirkətləri arasında da rəqabət artır: "Bu özü də bir tərəfdən çox yaxşıdır. Mən rəqabəti sevirəm, çünki bu bizə xidmət səviyyəmizi artırmağa imkan yaradır. Yeni məhsulların bazara çıxarılmasına və müştərilərə təqdim olunmasına fürsətlər tanımış olur. Yeni imkan və alətləri istifadə edərək biz işimizi maksimal dərəcədə rəqəmsallaşdırmağa çalışırıq. Yekunda isə müştərilərimizə keyfiyyətli və effektiv xidmət göstərə bilirik.
Ümumiyyətlə, rəqabətli biznes mühiti iqtisadiyyatın inkişafına təkan verir. Sadəcə hər bir sahədə olduğu kimi logistika sahəsində də bir sıra şirkətlər rəqabəti dempinq siyasəti ilə aparmağa çalışırlar. Bu isə təbii ki, müsbət nəticə vermir. Məsələn, şirkətlər əməkdaşlıq yaratmaq üçün müştərilərinə daha ucuz qiymət təklif edirlər. Tenderlərdə marjasız, bəzi hallarda ümumiyyətlə mənfi marja ilə iştirak edirlər ki, biznesi ələ keçirsinlər. Yekunda isə bu bazar qiymətlərinə təsir edir və həmin şirkətlər böyük zərərlə üzləşir. Burada qeyd edim ki, biz bazarda ucuz təkliflərlə deyil, daha çox xidmət keyfiyyəti ilə seçilirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























