Tanımadığınız, eşitmədiyiniz kənd - təbiət möcüzəsi
Kiçik Qafqaz dağlarında təbiətin möcüzələrlə dolu əsrarəngiz qoynunda çoxlarının tanımadığı, haqqında belə eşitmədiyi bir kənd var. Bu kənd bir-birini təkrar etməyən, bənzərsiz təbiət mənzərələri ilə zəngin olan Goranboy rayonunun Buzluq kəndidir.
Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən kənd Kəpəz və Murov dağlarının əhatəsindədir. Əlvan çəmənliklərlə, sıx və zəngin meşələrlə əhatə olunan Buzluq bir təbiət möcüzəsidir. Dağlardan gələn bulaqların buz kimi şəffaf suyu axıb kəndin içindən keçən çaya qovuşur. Ağ bulaq, Qum bulaq, Qafar bulağı, Göyrüşlü bulaq, Daşlı bulaq və sair bulaqlar, kənddən bir qədər yuxarıda dağlardan tökülən şəlalə kəndin sakinləri və qonaqlar üçün əsl istirahət məkanlarıdır.
Buzluq kəndinin əhalisi əsasən heyvandarlıqla məşğul olur. Kəndin ətrafında çəmənliklərin və otlaqların olması bu sahənin inkişafına geniş zəmin yaradır.
Kəndin dağları kəklikotu, qantəpər, gülxac, çobanyastığı, çörək gülü, zirə, dəvədabanı, qatırquyruğu, baldırğan və sair dərman bitkiləri ilə zəngindir. Bitki örtüyünün rəngarəngliyi səbəbindən yerli əhali həm də arıçılıqla məşğul olur. Meşələrində vələs, cökə, palıd, ağcaqayın, göyrüc, həmçinin qoz, fındıq, alma, armud, alça, zoğal ağacları, böyürtkən, qarağat, moruq, itburnu kolları üstünlük təşkil edir.
Sıx meşələrin əhatəsində qaya daşlarının altında yayın istisində belə buz parçaları görmək olar. Elə kəndin adı da yəqin ki, bu səbəbdən buzluq adlanır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
4 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
4 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
4 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
4 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
5 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
5 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























