Avropa İttifaqından “böyük qida böhranı” xəbərdarlığı
"Bu, dünyada böyük bir qida böhranına səbəb olacaq""Rusiya ordusu son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombalayıb, 60 min ton taxılın yandırıb. Rusiya təkcə taxıl müqaviləsindən çıxmayıb. Onlar taxılı da yandırırlar".
Marja xəbər verir ki, bunu Avropa ittifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.
Rusiyanın etdiklərini "barbar" olaraq xarakterizə edən Borrell, "Bu, dünyada böyük bir qida böhranına səbəb olacaq" deyib.
Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bir il ərzində mindən çox gəmi ilə ehtiyacı olan ölkələrə və qlobal bazarlara təxminən 33 milyon ton taxıl və ərzaq məhsulları çıxarılıb.
Tərəflərin razılığı ilə təşəbbüs 19 noyabr 2022, 18 mart və 18 may 2023-cü il tarixlərində uzadılıb. Üç dövr ərzində üç qitənin 45 ölkəsinə taxıl daşınıb.
Dəhlizdən keçən taxılın 40%-i Avropaya, 30%-i Asiyaya, 13%-i Türkiyəyə, 12%-i Afrikaya, 5%-i Yaxın Şərqə daşınıb.
Saziş iyulun 17-də başa çatıb. Rusiya şərtlərinin yerinə yetirilmədiyi üçün müddəti uzatmayıb.
Müqavilənin ləğvi ilə Avropa Birliyi ölkələrindən və ABŞ-dan sərt reaksiyalar və müqavilənin uzadılması çağırışları edilib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, taxıl sazişindən sonra, Rusiya, Ukraynanın taxıl tədarükü əvəzinə inkişaf etməmiş ölkələrə kömək etməyə davam edəcək.
Peskov Qara Dəniz Taxıl Dəhlizi Sazişinin dayandırıldığını və müvafiq şərtlər yerinə yetirildikdə Rusiyanın müqaviləyə qayıdacağını bildirib.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin müqavilənin geri qaytarıla biləcəyini, lakin taxıl müqaviləsinin indiki formada davam etdirilməsinin Rusiya üçün mənasızlaşdığını bildirərək, müqavilənin davam etdirilməsi üçün Rusiya banklarının, qida və gübrə tədarükü xidməti göstərən maliyyə qurumlarının qarşısındakı bütün maneələrin aradan qaldırılması və Rusiya gəmilərinin sığorta probleminin həll edilməli olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
35 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)








.jpg)






