"Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq"
May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.
Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb. İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub: "Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə dəfə müxtəlif formada zərərə məruz qalıb – sahəyə dolu düşüb, güclü külək-fırtına olub və sair".
Ümumilikdə sığortalanan əkin sahələrinin 125-130 min hektarı müxtəlif dərəcədə zərərə məruz qalıb: "Sığortalanan ərazilərin 125–130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb".
Fond sədri qeyd edib ki, hazırda əkin sahələrinə dəyən zərər qiymətləndirilir, sığorta hadisələrinin araşdırılmasına və zərərin hesablanmasına yerli və Türkiyədən gəlmiş ekspertlər də cəlb olunub, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq.
"Qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonlarında zərər ödənişlərinin ödənilməsinə başlanılacaqdır. Fermerlərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaqdır. Bu əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq".
Fondun rəhbəri bildirib ki, güclü yağış, dolu, sel və daşqınlar aqrar sığortaya marağı və tələbatı kəskin artırıb: "Müraciətlər artıb, təəssüflər olsun ki, bizimlə sığorta müqaviləsi bağlamaq istəməyən təsərrüfatlar zərərlə üzləşəndən sonra bizə müraciət edirlər. Lakin artıq baş vermiş hadisədən sonra sığorta müqaviləsi bağlamaq mümkün deyil. Həmin təsərrüfatlar və əkin sahələri növbəti il sığortalanacaq".
Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha sübut edib.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
27 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Ən çox oxunanlar
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)
.jpg)








.jpg)








