İlahiyyat İnstitutunun bazasında dini kolleclər fəaliyyət göstərəcək
Bölgələrdə yaradılan dini kolleclər, İlahiyyat İnstitutunun bazasında fəaliyyətlərini davam etdirəcək.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov APA-nın Cənub bürosuna açıqlamasında bildirib.
O deyib ki, xaricdə dini təhsil alanlar müəyyən təsirlərə məruz qalırlar:
"Bütün ölkələrdə dini təhsil o ölkələrin öz ideologiyalarının təsiri altında olur. Həmin şəxslər də Azərbaycanda fəaliyyətə başlayan zaman aldığı təhsil və ideologiya əsasında fəaliyyət göstərirlər. Ona görə də bunun qarşısını almaq üçün dövlət bu sahəyə xüsusi diqqət yetirir. Artıq Azərbaycanda 5–ci ildir ki, İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu il İlahiyyat İnstitutunun ilk məzunu olub. Artıq dövlət təminatı formatında fəaliyyət göstərir. O ki qaldı kolleclərə, kolleclərdə bu gün pərakəndəlik var. Müəyyən yerlərdə maliyyələşmə məsələsi var. Onların da həm fəaliyyəti, həm təminatını dövlət üzərinə götürür. Ona görə yeni kolleclər İlahiyyat İnstitutunun bazasında yaranacaq. Bu da tamamilə dövlət təminatında olacaq".
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)
















