ABŞ-ın neftin qiymətnin daha da artacağı barədə artımı proqnozu davam edir
ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA - Energy Information Administration) qlobal neft ehtiyatlarının gələn ilin son rübünə qədər gözlənilən azalmasının neft qiymətlərinə yuxarı təzyiq göstərdiyini bildirib.ABŞ-ın Enerji İnformasiya Administrasiyasının "2023-cü ilin İyul ayı Hesabatına" əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı azaltması səbəbindən Brent markalı neftin barel qiymətinin 2023-cü ilin sonuna qədər 81 dollara yüksəlməsi gözlənilir.
Marja xəbər verir ki, gələn ilin son rübünə qədər qlobal neft ehtiyatlarında gözlənilən azalmanın neft qiymətlərinin yuxarıya doğru artmasına dəstək olacağı gözlənilir.
Bu ilin ilk yarısında gündəlik orta hesabla 600 min barel artan qlobal neft ehtiyatlarının, ilin ikinci yarısında gündəlik orta hesabla 700 min barrel azalması gözlənilir. Gələn ilin ilk üç rübündə gündəlik orta hesabla 400 min barel azalması gözlənilən ehtiyatların, gələn ilin son rübündə gündəlik orta hesabla 100 min barrel artması gözlənilir.
Bu kontekstdə 2023-cü ildə Brent markalı neftin orta barel qiymətinin 79,34 dollar, Qərbi Texas tipli (WTI) xam neftin orta barel qiymətinin isə 74,43 dollar olacağı proqnozlaşdırılır.
Gələn il Brent markalı neftin orta barel qiymətinin 83,51 dollar, WTI tipli xam neftin orta barel qiymətinin isə 78,51 dollar olacağı gözlənilir.
ABŞ-ın xam neft hasilatının artacağı gözlənilir
ABŞ-da bu il orta gündəlik xam neft hasilatının 12 milyon 560 min barrel civarında olacağı gözlənilir. Keçən il bu rəqəm təxminən 11 milyon 890 min barel olaraq qeyd edilmişdi. 2024-cü ildə hasilatın 12 milyon 850 min barrelə yüksələcəyi hesablanır.
Qlobal neft tədarükünün bu il gündəlik 101 milyon 100 min barrel, gələn il isə 102 milyon 570 min barrel olacağı təxmin edilir. ABŞ, Kanada, Braziliya kimi qeyri-OPEC ölkələrindən gözlənilən hasilat artımının OPEC+ qrupunun hasilatı azaltmasını kompensasiya edəcəyi proqnozlaşdırılır.
Qlobal neft tələbinin bu il gündəlik 101 milyon 160 min barrel, gələn il isə 102 milyon 800 min barrel olacağı gözlənilir.
İstehlak artımının Çin və Hindistan başda olmaqla OECD-ə daxil olmayan Asiya ölkələrindən olacağı təxmin edilir. Bu il Çində gündəlik təlabatın təxminən 800 min barel, gələn il isə 400 min barel artması gözlənilən hesabata görə, Hindistanda istehlakın bu il və gələn il orta hesabla gündəlik 300 min barel artacağı hesablanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
8 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















