Bu gün ABŞ-da qlobal bazarların üçün mühüm məlumatlar açıqlanacaq
Bugün ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri öncəsi dollar indeksi ucuzlaşmaqda davam edir. Sözügedən məlumatlardan əvvəl valtyuta birjalarında dollar major valyutalar qarşısında dəyər itirir.
İnvestorlar Amerikada iyun ayında İstehlak Qiymətləri İndeksinin (CPİ) aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 3.1% olaraq açıqlanacağını proqnozlaşdırırlar. Analitiklər inflyasiya göstəricilərinin faiz dərəcələrinin gələcək gedişatına təsirlərinin əhəmiyyətinə diqqət çəkilər.
Digər tərəfdən, ABŞ Federal Ticarət Komissiyası (FTC) “Microsoft”-un kompüter oyunu tərtibatçısı “Activision Blizzard”-ı satın almaması üçün müraciət etdiyi məhkəmədə “Microsoft”-un lehinə qərar verib. “Activision Blizzard”-ın səhmləri “Microsoft”-un “Activision”-ı satın alması ilə bağlı sövdələşməyə qoyulan qadağanın aradan qaldırılmasından sonra 10%-dən çox dəyər qazanıb.
101.40 bənd hədlərinə qədər geriləyən DXY-da tendensiyanın necə davam edəcəyində bu gün ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri həlledici rol oynaya bilər. Qeyd edək ki, DXY 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin altında qaldığı müddətcə, eniş tendensiyası 100 bənd hədlərinə kimi davam edə bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
31 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























