Asiya bazarında düyü sürətlə bahalaşır
Asiyada düyü qiymətləri iki ildən çox müddətdə ən yüksək səviyyəyə qalxıb, çünki idxalçılar El Ninonun (iqlimin isti fazası) başlaması ilə ehtiyatlar yaradırlar, İsti havanın tarlaları qurudacağından və məhsullara zərər verəcəyindən qorxulur.
Marja xəbər verir ki, Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatlarına görə, bölgədəki istinad məhsulu olan Tay ağ düyü son dörd ayda təxminən 15 faiz bahalaşaraq 535 dollara çatıb ki, bu da 2021-ci ilin mart ayının əvvəlindən bəri ən yüksək səviyyədir.
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, El Nino şəraiti son 7 ildə ilk dəfə tropik Sakit okeanda inkişaf edib və Cənub-Şərqi Asiyaya quraqlıq gətirmək təhlükəsi yaradıb. Keçən həftə üç günlük rekord qlobal temperatur iqlim dəyişikliyinin sürəti ilə bağlı narahatlıqları artırdı.
Musson yağışları ən böyük ixracatçı olan Hindistanın bəzi bölgələrində düyü tarlalarını rahatlaşdırır, lakin 2 nömrəli ixracatçı ölkə olan Tayland isə 2024-cü ilin əvvəlindən məhsullar üçün əsas təhlükə olaraq görülən geniş quraqlıqla üzləşəcək.
Tayland Düyü İxracatçıları Assosiasiyasının fəxri prezidenti Chookiat Ophaswongse deyib: "Qarşıdan gələn sentyabr və oktyabr aylarında El Nino ilə quru havanın təsirlərini açıq şəkildə görməyə başlayacağıq".
İdxal tərəfində - bir sıra ölkələr düyü ehtiyatı yaratmağa başlayıb. Filippin, Çin və İndoneziyadakı alıcılara tədarüklərin artması ilə Vyetnam düyü ixracının bu il təxminən on ildə ən yüksək səviyyəyə çatacağını gözləyir.
"The Rice Trader" tədqiqat firmasının təsisçisi və baş direktoru Ceremi Zvinqer qiymətlərlə bağlı şərh verib: "İndoneziya və Filippindən böyük alışlar qiymətləri yüksəldib".
Çin Meteorologiya İdarəsi qeyd edib ki, yaxın bir neçə gün ərzində Çinin cənubunun bir çox bölgəsində isti dalğalarının davam edəcəyi, əsas çəltik yetişdirən Hunan və Jiangxi əyalətlərinin bəzilərində temperatur 40C-yə çatacaq. Qeyd edilib ki, bu rayonlarda bəzi düyülərin vaxtından əvvəl yetişməsinə səbəb olan istilərin “yüksək riski” var.
Azərbaycan da düyü idxalçısıdır. Dünya bazarında düyü qiymətlərinin artmasının Azərbaycanda da satış qiymətlərinə təsir edə biləcəyini gözləmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir




















.jpg)



